27 C
Baku
Saturday, July 27, 2024

“WhatsApp”da bu funksiya ləğv edilir

Bir neçə il əvvəl “Google” və “WhatsApp” arasında Android istifadəçilərinin söhbət otaqlarının rezerv kopiyalarının “Google Drive”da saxlanılması barədə razılıq əldə edilmişdi.

Banker.az xəbər verir ki, məlumata görə, tezlikdə hər şey dəyişəcək və söhbət otaqlarının rezerv kopiyaları bulud yaddaşındakı digər fayllarla bərabər sayılacaq.

Qeyd edək ki, “Apple” da “iCloud” istifadəçilərinə “WhatsApp”dakı rezerv kopiyalar üçün limitsiz yaddaş təqdim etmir. Ancaq görünür, yaxın gələcəkdə Android cihazlarının istifadəçiləri də bu üstünlüyü itirəcək.

“Google Drive” yaddaş limiti dolanda istifadəçilərə xəbərdarlıq edəcək. Bu o deməkdir ki, messencer pulsuz yaddaş həcminin müəyyən bir hissəsini istifadə edə biləcək, lakin bu, məhdudiyyətsiz olmayacaq.

Son xəbərlər
Digər xəbərlər