18 C
Baku
Cümə, Oktyabr 22, 2021

“WhatsApp”da göndərilən mesajların doğruluğunu yoxlamaq mümkün olacaq

faizlere

“WhatsApp”a göndərilən mesajların məzmununun doğruluğunu yoxlamağa imkan verən yeni funksiya əlavə edilib. Qeyd edildiyi kimi, istifadəçi mesajın “mavi quş” işarəsinin yanındakı böyüdücüdən istifadə edərək, onun məzmuna dair digər məlumatları “Google”da axtarıb tapa biləcək.

Banker.az bu barədə “Vesti.ru”ya istinadən xəbər verir.

“Bu funksiya mesajın brauzerdən istifadə edərək yüklənməsi sayəsində işləyir”, – tərtibatçılar qeyd edirlər. Məsələn, istifadəçiyə sarımsağın koronavirus infeksiyasından qorunmağa kömək etdiyini bildirən mesaj göndərilsə, o bu informasiyanın doğruluğunu axtarış sistemi vasitəsi ilə yoxlaya bilər.

Bu gündən etibarən yeni funksiya Braziliya, Böyük Britaniya, İtaliya, İspaniya, İrlandiya, Meksika və ABŞ-da əlçatandır.

Xatırladaq ki, aprel ayında tətbiq “mavi quş” ilə işarələnmiş mesajları eyni anda yalnız bir söhbət otağına göndərməyə icazə verib. Bu tədbir, xüsusilə də koronavirus pandemiyası dövründə yalan məlumatların yayılmasını ləngitmək məqsədini daşıyırdı. Nəticədə, funksiya tətbiq edildikdən bir ay sonra “WhatsApp”da təkrar göndərilən mesajların sayı 70% azaldı.

Bildirildiyi kimi, “WhatsApp” daim dezinformasiya ilə mübarizə aparan tətbiqlərdən biridir. Məsələn, 2018-ci ildə tətbiq təkrar göndərilən mesajları xüsusi oxla işarələməyə başlayıb. Bir müddətdən sonra “WhatsApp” mesajı beş nəfərdən çox istifadəçiyə təkrar göndərməyi qadağan etdi.

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər