14 C
Baku
Saturday, November 23, 2024

“WhatsApp”da hesablar ələ keçirilir – Dövlət Xidməti xəbərdarlıq etdi

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti bildirir ki, vətəndaşların “WhatsApp” hesablarının ələ keçirilməsi halları müşahidə edilir.

Banker.az bu barədə nazirliyə istinadən xəbər verir.

Xidmətin apardığı ilkin araşdırma nəticəsində məlum olub ki, bu hallar Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən mobil operatorların şəbəkəsində mövcud olan hər hansı bir çətinliklə bağlı deyil. Həmçinin qurum problemin səbəbinin müəyyənləşdirilməsi məqsədilə “WhatsApp” mobil tətbiqinin inzibatçısı “Meta Platforms, Inc.” şirkətinə müraciət edib. Araşdırma zamanı oxşar halların 80-dən çox ölkədə müşahidə edildiyi aşkarlanıb. Xidmət araşdırmanın nəticələrini beynəlxalq əməkdaşlıq çərçivəsində digər dövlətlərin analoji strukturlarına təqdim edib.

Həmçinin “WhatsApp” mobil tətbiqinin şübhəli istifadəçi hesablarını bloklaması halları da müşahidə olunur. Bloklanmış istifadəçi hesabları “WhatsApp” tərəfindən 24 saat ərzində nəzərdən keçirilir və hər hansı şübhəli hal aşkarlanmadıqda tətbiq edilmiş məhdudiyyət aradan qaldırılır.

Vətəndaşlara “WhatsApp” mobil tətbiqində mövcud hesabların təhlükəsizliyini gücləndirmək üçün ikimərhələli təsdiqləmə funksiyasını aktivləşdirmək tövsiyə edilir. Təlimatla bu linkə keçid edərək tanış olmaq mümkündür.

Həmçinin bu hallarla qarşılaşan şəxslərdən xahiş olunur ki, 1654 qaynar xətti, www.cert.az  saytı və ya [email protected] e-poçt ünvanı vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə məlumat versinlər.

Hazırda məsələ ilə əlaqədar səlahiyyətli qurumlarla birlikdə araşdırma davam etdirilir.

Son xəbərlər
Digər xəbərlər