11 C
Baku
Tuesday, November 5, 2024

“WhatsApp”da iki yeni funksiya işə düşüb

“WhatsApp” icmalar daxilindəki qruplar üçün iki yeni funksiyanı işə salıb – “Tədbirlər” və “Cavablar”. Xidmət ümid edir ki, bu və digər alətlər istifadəçilərə “həyatı təşkil etməyə” kömək edəcək.

Bildirilir ki, “Tədbirlər” funksiyasından istifadə edərək, siz oflayn və onlayn görüşlər planlaşdıra bilərsiniz. Qrupun istənilən üzvü “Tədbir” yarada bilər. “Tədbir” yaratdıqdan sonra qrupun digər üzvləri orada iştirak edib-etməyəcəklərinə qərar verəcəklər.

Digər bir yenilik – elan qruplarında “Cavablar” funksiyasıdır. Sistem, istifadəçilərin bu və ya digər elana bildirdiyi reaksiyaları özü qruplaşdıracaq. Digər istifadəçilərə elanlara cavab barədə bildiriş gəlməyəcək.

Xatırladaq ki, “WhatsApp” messenceri “İcmalar” funksiyasını 2022-ci ildə işə salıb, hansı ki bir neçə qrupu birləşdirməyə kömək edir. Bu, qonşular, valideynlər, həmkarlar və tələbələrlə olan qruplar ola bilər.

Son xəbərlər
Digər xəbərlər