Məşhur mesajlaşma tətbiqi “WhatsApp” yeni funksiyasını təqdim edib.
Artıq istifadəçiləri ləqəb (nik) vasitəsilə tapmaq və onlara zəng etmək mümkün olacaq.
Bildirilib ki, bu yenilik telefon nömrələrinin məxfiliyini qorumaqla istifadəçilərin əlaqə yaratmasını asanlaşdırır.
Funksiya “Telegram”da olan oxşar xüsusiyyətə bənzəyir və yaxın vaxtlarda bütün istifadəçilər üçün əlçatan olacaq.







