19 C
Baku
Friday, May 3, 2024

“WhatsApp”da mesajlarla bağlı daha iki vacib funksiya işə düşür

“WhatsApp”da videoçevrələrin – dairə şəklində qısa video mesajların göndərilməsinin tətbiqinə başlanılıb.

Bu barədə mesencerin bloqunda xəbər verilib.

Bildirilir ki, yeni xüsusiyyət “Instant Video Messages” və ya ani video mesajlar adlanır.

“İstifadəçilərin qısa şəxsi videoları birbaşa yazışmalarda yazmaq və göndərmək imkanı oldu”, – deyə məlumatda qeyd olunub.

O da vurğulanır ki, “videodairə”nin müddəti 60 saniyə ilə məhdudlaşır.

Videonu yazmaq üçün düyməni basılı saxlamaq lazımdır. Fayl qeyd edildikdən dərhal sonra göndərilir.

Yazışma açıldıqda video avtomatik olaraq səssiz göstəriləcək, ancaq dairənin üzərinə basdıqda səs açılacaq.

Son xəbərlər
 ⁠
Digər xəbərlər