“WhatsApp” messencerinə yad adamların zənglərini səssizə almağa imkan verən yeni funksiya əlavə olunacaq, Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Yenilik hazırda Android smartfonlarında beta sınaq mərhələsindədir və onu parametrlər bölməsindən aktivləşdirmək mümkündür.
Bildirilir ki, buraxılmış və qəbul edilmiş səssiz zənglər hələ də zənglər siyahısında, eləcə də bildiriş mərkəzində göstəriləcək. Yeni funksiya istifadəçiləri arzuolunmaz zənglərdən, həmçinin şəxsi məlumat almaq və ya arzuolunmaz ödəniş etmək üçün zəng edə bilən spamerlər və fırıldaqçılardan qorumaq üçün nəzərdə tutulub.