19 C
Baku
Wednesday, June 18, 2025

“WhatsApp”da ödənişli abunə və reklam olacaq

“WhatsApp” messenceri tezliklə istifadəçilərə reklamlar göstərməyə və ödənişli abunəliklər təklif etməyə başlayacaq. Bu barədə “Bloomberg” yazıb.

Reklamlar gündə 1,5 milyarda qədər istifadəçinin baxdığı “Yeniləmələr” bölməsində görünəcək. Reklamçılar orada öz məhsullarını tanıda biləcəklər. Abunəliklər üzrə komissiya 10%-ə qədər olacaq, lakin ilkin mərhələdə ödəniş tutulmayacaq. Reklamlar şəxsi yazışmalarda görünməyəcək və digər sosial şəbəkələrin məlumatlarına əsaslanmayacaq.

Bundan əvvəl “WhatsApp” yüklənmiş media faylların keyfiyyətini seçmək funksiyasını təqdim etmişdi.

Son xəbərlər
Digər xəbərlər