7 C
Baku
Wednesday, December 25, 2024

“WhatsApp”da səsli mesajları mətnə çevirmək funksiyası işə düşüb

“WhatsApp”a səsli mesajları transkripsiya etmək funksiyasını əlavə edilib. Funksiyanı yandırmaq və ya söndürmək üçün parametrlərə keçmək, “Söhbətlər” bölməsini  və transkripsiya etmək istədiyiniz mesajları seçməlisiniz.

Səsli mesajın mətn versiyasını əldə etmək üçün mesajın üzərinə basıb saxlayın və “transkripsiya”nı seçin. Yenilik bütün dünya ölkələrində aktivdir.

Qeyd edək ki, “Android” cihazlarında ingilis, portuqal, ispan və rus dilləri dəstəklənir.

“iOS 16” əməliyyat sistemi ilə işləyən iPhone cihazlarında ingilis, ispan, fransız, alman, italyan, yapon, Koreya, portuqal, rus, türk, Çin və ərəb dillərini dəstəklənir. iOS 17 və daha yeni versiyalarda isə əlavə olaraq Danimarka, fin, ivrit, malay, Norveç, holland, İsveç və tay dilləri mövcuddur.

Son xəbərlər
Digər xəbərlər