15 C
Baku
Saturday, April 20, 2024

“WhatsApp”da silinmiş mesajları geri qaytarmaq mümkün olacaq

“WhatsApp” növbəti yeniliyini təqdim etməyə hazırlaşır.

Bu barədə “WABetaInfo” portalı məlumat yayıb.

Bildirilib ki, istifadəçilər silinmiş mesajları geri qaytara biləcəklər. Bunun üçün ismarış silindikdən sonra bir neçə saniyə vaxt veriləcək. Hazırda sözügedən funksiya “WhatsApp”ın beta versiyası üçün mümkündür.

Qeyd edək ki, daha əvvəl “WhatsApp”da yeni funksiyanın işə salınacağı bildirilmişdi. Yeni funksiya qrup çatlarında mobil nömrəni digər istifadəçilərdən gizlətməyə imkan verəcək.

MənbəQafqazinfo
Son xəbərlər
Digər xəbərlər