Android əməliyyat sistemi ilə işləyən cihazlarda “WhatsApp”da yeni funksiya yaradılacaq.
Bildirilir ki, istifadəçilər bəzi kontaktların baxılmamış statusları haqqında xatırlatmaları aktivləşdirə biləcəklər. Portalın məlumatına görə, onları bildirişlərlə bağlı parametrlər bölməsində aktivləşdirmək olar.
Belə ki, xatırlatmaları aktivləşdirən istifadəçilər sevimli kontaktlarının paylaşdığı statuslar barədə bildirişlər alacaqlar.