7 C
Baku
Sunday, February 5, 2023

“WhatsApp”da yeni funksiya işə düşüb

İndiyə kimi yalnız “Facebook”da olan “Bitmoji” (fərdi emoji) avatarları artıq “WhatsApp”da da var. Qeyd olunur ki, hələki yenilik tətbiqin yalnız beta versiyasında mövcuddur.

Banker.az bu barədə “İnc.ru”ya istinadən xəbər verir.

“Meta”nın digər tətbiqlərində olduğu kimi, “WhatsApp”da da müxtəlif emosiyalı avatarlar paketi yaratmaq mümkün olacaq.

Xatırladaq ki, “Meta” ilk dəfə avatarları 2019-cu ildə “Messenger”ə əlavə edib. Daha əvvəl messencer  şəxsi söhbət otaqlarında sorğular yaratmaq funksiyasını yaradıb. Qrup və şəxsi söhbət otaqlarında sorğular şifrələnir. Odur ki, hətta tərtibatçılar belə bu və ya digər cavabı seçmiş istifadəçiləri müəyyənləşdirə bilməyəcəklər.

Son xəbərlər
Digər xəbərlər
X