“WhatsApp” messencerinin son beta versiyasında (2.24.9.28) yeni funksiya işə düşüb, hansı ki istifadəçilər üçün telefon kitabçasına daxil olmayan kontaktlarla qarşılıqlı əlaqəni xeyli asanlaşdırır.
Tərtibatçıların verdiyi məlumata görə, artıq telefon nömrələrini yaddaşda saxlamağa ehtiyac qalmayacaq. “Nömrəyığan” funksiyası vasitəsilə istənilən insana avtomatik zəng etmək mümkün olacaq.
“Bəzən istifadəçilər təcili zəng etməli olurlar, məsələn, biznes məsələlərini müzakirə etmək üçün. Yeni funksiya sayəsində siz ünvan kitabçanıza kontakt əlavə etmədən insanlarla əlaqə saxlaya biləcəksiniz”, – mesajda deyilir.
Yenilik hələki yalnız Android istifadəçiləri üçün əlçatandır.