17 C
Baku
Friday, October 18, 2024

“WhatsApp”da yeni funksiya işə düşüb

iPhone üçün “WhatsApp”ın beta versiyasında yeni funksiya aşkarlanıb. O, internetdən istifadə etmədən yaxınlıqdakı istifadəçilərlə faylları paylaşmağa imkan verir.

Oxşar funksiya daha əvvəl Android-də messencerin sınaq versiyasında aşkar edilmişdi. Fərq ondadır ki, Android versiyası yaxınlıqdakı cihazları aşkar etmək üçün avtomatik aşkarlama metodundan istifadə edir, iOS versiyası isə QR kodun skan edilməsini tələb edir.

Yeni funksiyanın qeyri-sabit və ya bahalı internet bağlantısı olan istifadəçilər tərəfindən bəyəniləcəyi və böyük faylların ötürülməsi prosesini sadələşdirəcəyi gözlənilir.

Yeniliyin hələ ilkin inkişaf mərhələsində olduğu vurğulanır, onun messencerdə tətbiq edilmə tarixi açıqlanmır.

Son xəbərlər
Digər xəbərlər