“WhatsApp” messenceri tezliklə “Google” və “Samsung”dan olan “Quick Share” texnologiyasını əldə edəcək, Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Bu texnologiya “WhatsApp” istifadəçilərinə faylları yaxınlıqdakı kontaktlarla paylaşmağa imkan verəcək.
Funksiyanı unikal edən odur ki, istifadəçilər onu aktivləşdirmək üçün smartfonlarını silkələməli olacaqlar. Güman edilir ki, ötürülən faylların ölçüsü 2 GB-a qədər ola bilər. Yeniliyin bütün istifadəçilər üçün nə vaxt əlçatan olacağı barədə hələ dəqiq məlumat yoxdur.