15 C
Baku
Friday, April 26, 2024

“Whatsapp”da yeni funksiya işə salınacaq

Məşhur messencerlərdən olan “Whatsapp”ın bir neçə cihazda işləməsini asanlaşdıran yeni funksiyalar işə salınacaq.

Bu barədə “WABetaInfo” məlumat yayıb.

Yeni funksiyalardan biri “Whatsapp” istifadəçilərinə söhbətlərini daha yaxşı təşkil etməyə imkan verəcək. Beləliklə, bir cihaza əlavə edilmiş dialoqlar avtomatik olaraq digərlərinə də bağlanacaq.

Növbəti yenilik messencerin kompüter versiyasına aiddir. Belə ki, kompüterində whatsapp quraşdırmış istifadəçilər məxfilik parametrlərini tənzimləyə biləcəklər. Qeyd edək ki, bu funksiya hazırda yalnız mobil versiyada mövcuddur.

Hazırda yenilənmə sınaqdan keçirilir.

Qeyd edək ki, noyabrın 1-dən vatsap minlərlə cihazda fəaliyyətini dayandıracaq. “Android” və “iOS” əməliyyat sistemləri üçün tələblərin dəyişməsi ilə əlaqədar messencer 43 smartfon modelində işləməyəcək.

MənbəReport
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər