15 C
Baku
Wednesday, April 24, 2024

“WhatsApp”da yeni funksiya istifadəyə verilir

“WhatsApp”ın android üçün yeni beta versiyasında eyni vaxtda bir neçə çatda mesajların avtomatik silinməsini aktivləşdirməyə imkan verən funksiya istifadəyə veriləcək.

Bu barədə məlumat “WABetaInfo” resursunun saytında yer alıb.

Bildirilir ki, yeni funksiya menyunun “Yox olan mesajlar” hissəsində yerləşir. O, yazıların silindiyi taymeri (24 saat, 7 gün və ya 90 gün), həmçinin yazışmaları seçməyə imkan verir.

İndi müzakirə olunan menyuda yalnız müəyyən söhbət üçün taymer təyin etmək, həmçinin seçilmiş qaydanı bütün yeni söhbətlərə tətbiq etmək olar. Beta versiyanın funksiyası artıq yaradılmış dialoqların parametrlərini dəyişməyə imkan verir.

“WhatsApp”ın buraxılış versiyasında yeniliyin nə vaxt istifadəyə veriləcəyi hələ açıqlanmır.

MənbəReport
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər