“WhatsApp”da yeni funksiya — Mesajlar oxunduqdan dərhal sonra silinəcək

“WhatsApp” messenceri oxunduqdan sonra yox olan mesajlar funksiyasını işə salmağa hazırlaşır. “WABetaInfo” resursunun məlumatına görə, messencerin TestFlight platformasında yayımlanan son beta versiyasında istifadəçilərə mesajların alıcı tərəfindən oxunduqdan sonra avtomatik silinməsini tənzimləməyə imkan verən “Oxunduqdan sonra” adlı yeni rejim əlavə edilib.

İstifadəçilər mesaj taymerini qurarkən mesajların oxunduqdan sonra yox olmasını seçə bilərlər. Oxunmamış mesajlar isə standart olaraq 24 saatdan sonra silinəcək. Bu seçim aktivləşdirildikdə istifadəçilər mesajların alıcı tərəfindən oxunduqdan sonra 5 dəqiqə, 1 saat və ya 12 saat ərzində silinməsini də təyin edə bilərlər.

5220148336290111812 1

Qeyd olunur ki, “Oxunduqdan sonra” funksiyası hazırda da “WhatsApp”ın “Standart mesaj taymeri” ayarlarında görünür, lakin hazırkı vaxt seçimləri 24 saat, 7 gün və 90 gündür.

“WABetaInfo” bildirib ki, funksiya artıq bəzi beta-testerlər üçün əlçatandır. Eyni zamanda, “App Store”dakı versiyada da məhdud sayda istifadəçi bu funksiyanı sınaqdan keçirə bilir.

“WhatsApp” qeyd edib ki, yox olan mesajlar funksiyası həm ayrıca çatlar, həm də qruplar üçün aktivləşdirilə bilər. Bu, əlavə məxfilik ayarı olmaqla yanaşı, cihaz yaddaşına qənaət etməyə də imkan verəcək.

Son xəbərlər
Digər xəbərlər