“WhatsApp” yoxa çıxan mesajlar funksiyasını yeniləyib.
Banker.az xəbər verir ki, bu barədə Mark Çukerberqin sözlərinə istinadən “The Verge” portalı məlumat verib.
Bildirilir ki, indi “WhatsApp”da yeni söhbət otaqlarında mesajlar messencer istifadəçisi tərəfindən təyin olunan müəyyən müddətdən sonra avtomatik olaraq yoxa çıxacaq. Parametrlərdə mesajların 24 saat, bir həftə və ya 90 gündən sonra yoxa çıxmasını seçə bilərsiniz.
“Android” və “iOS”da mesajların avtomatik silinməsi funksiyasını sazlamaq və ya söndürmək üçün “Parametrlər” menyusunda “Hesab”, “Məxfilik”, sonra isə “Yoxa çıxan mesajlar” bölməsinə keçməlisiniz.
Xatırladaq ki, messencerdə yoxa çıxan mesajlar funksiyası ötən il yaradılıb.