10 C
Baku
Wednesday, December 11, 2024

“WhatsApp”da yeni funksiya yaradılır

“WhatsApp”da (Amerikanın “Meta” şirkətinə məxsusdur) yeni funksiya yaradılır. Artıq messencerdə mesajları virtual reallıq eynəkləri (Ray-Ban Stories) vasitəsilə göndərmək mümkün olacaq. Buna baxmayaraq, yeni funksiyanın istifadəçilərə nə vaxt əlçatan olması hələ bəlli deyil.

Banker.az “Secretmag”a istinadən xəbər verir ki, hazırda funksiya mütəxəssislər tərəfindən test edilir.

Ray-Ban Stories virtual reallıq eynəkləri “Meta” şirkəti tərəfindən eynək istehsalçısı “Ray-Ban” ilə əməkdaşlıqda hazırlanıb. Qadjet 2021-ci ilin sentyabrında təqdim edilib. O, foto və video çəkməyə, musiqi dinləməyə və zəngləri qəbul etməyə imkan verir.

Son xəbərlər
Digər xəbərlər