“WhatsApp”dan səsli mesajlarla bağlı yenilik

0

“WhatsApp”ın yeni versiyasında səsli məlumatlar mübadiləsi xeyli asanlaşdırılıb.

Vistanews.ru saytına istinadən məlumata görə, bu barədə təkcə istehsalçılar deyil, resursun istifadəçiləri də bildirirlər.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Belə ki, “Apple” şirkətinin məhsullarının alıcıları uzun səsli məlumatlar yaratmaq imkanı əldə ediblər. Bu səsli yazını yaratmaq üçün daha barmağını mikrofonun işarəsində saxlamağa ehtiyac olmayacaq. Bunun üçün sadəcə olaraq barmaqla yuxarı etmək və səsi bağlamaq üçün səs açarını bağlamaq kifayətdir.

Bundan sonra səsli məlumat cihazın yaddaşına yazılacaq. Onu göndərmək üçün isə göndərilməsini təsdiqləyən düyməni sıxmaq yetərlidir. Daha sonra kontenti zibil qutusuna göndərmək də mümkündür.