6 C
Baku
Çərşənbə, Yanvar 19, 2022

“Whatsapp”ın qərarından sonra Telegram istifadəçilərinin sayı 25 milyon artıb

Telegram, istifadəçi sayında rekord qırıb. Belə ki, İstifadə şərtlərini dəyişdirməyə hazırlaşan WhatsApp, Facebook ilə məlumatlarını paylaşmayan istifadəçilərə qadağa qoymağa hazırlaşır.

Banker.az xəbər verir ki, bu qərardan sonra bir çox istifadəçi alternativ tətbiqetmələrə müraciət etməyə başlayıb. Bu tətbiqlərdən biri olan Telegram, istifadəçi sayında bir rekord qırıb. Telegram son 72 saat ərzində 25 milyon yeni istifadəçiyə çatıb.

Məsələyə münasibət bildirən Telegram-ın qurucusu Pavel Durov, “Son 72 saat ərzində 25 milyon yeni istifadəçiyə çatdıq. Yarım milyard aktiv istifadəçisi olan Telegram, məxfilik və təhlükəsizliyə həsr olunmuş rabitə platforması axtaranlar üçün əsas sığınacaq halına gəldi”-sözlərini deyib.

Son xəbərlər
Oxşar xəbərlər