Məşhur WikiLeaks saytı ABŞ-ın Mərkəzi Kəşfiyyat idarəsinin külli miqdarda məxfi sənədlərini nəşr edib.
Bu “Sığınacaq 7” adlanır və 8761 sənəddən ibarətdir. Təşkilatın yaradıcısının sözlərinə görə, “Sığınacaq 7” kəşfiyyat idarəsinin “xaker maşını” haqqında bütün məlumatları əhatə edir. Nəşr edilən bu məlumatların hələ ilklərdən biri olduğu qeyd edilir və “Sığınacaq 7” çərçivəsində yeni məxfi sənədlərin nəşr edilməsi gözlənilir.
WikiLeaks əlavə edib ki, ələ keçirilən sənədlər Mərkəzi Kəşfiyyat İdarəsinin xaker proqramlarının mövcudluğunu və bu proqramlardan Apple və Google, Windows smartfonlarına, habelə “Samsung” smart televizorlarına müdaxilə üçün istifadə olunur.
Fevral ayında WikiLeaks saytı Mərkəzi Kəşfiyyat idarəsinin 2012-ci ildə Avropa ölkələrində prezident seçkiləri zamanı fransız siyasətçiləri izləməsi haqqında məlumat verdi. Yyaılan sənədlərə əsasən, amerikalıları partiya daxili mühit, biznes ətraflarla əlaqələr, maliyyə mənbələri maraqlandırırmış.