Will Smith-dən 7 möhtəşəm dərs

1.    Realist olmayın
“Realizmin mənası nədədir? Edison realist deyildi… “.

Gördüyümüz bütün dahi nemətlər nə vaxtsa realist olmamış insanlar tərəfindən yaradılıb. Əgər dünyada yalnız realistlər olsaydı, biz hələ də qaranlıq mağaralarda yaşayırdıq, nə nəqliyyatımız var idi, nə, kommunikasiya, nə texnika, nə də elmi nailiyyətlər. Bəs onda dərs nədən ibarətdir? Heç vaxt bütünlüklə realist olmayın. Böyük və inanılmaz hədəflər müəyyən edin, o qədər bpyük hədəflər ki, hətta sizin özünüzü də vahimə bürüsün. Öz sərhədlərinizi aşın, siz özünüzə imkan verdiyinizdən daha çoxuna qədirsiniz, amma buna nail olmağa özünüzə icazə vermirsiniz.2. Məqsədyönlü olun

“Plan “B” sadəcə insanın fikrini plan “А”-dan yayındırır.

Diqqətinizi öz hədəfinizdə cəmləyin, qalan hər şeyi isə istisna edin. Öz diqqətinizi eyni anda bir neçə vacib tapşırıq üzərində cəmləməklə siz öz uğur şansınızı qaçırırsınız, əksər insanların uğursuzluq səbəbi məhz bunda gizlənir. Əgər bizim diqqət konsentrasiyamız dayanıqlıdırsa və əgər siz bütün səylərinizi ən başlıca vahid hədəfə yönəldirsinizsə, siz uğura nail olacaqsınız. Məqsədyönlülük son dərəcə vacibdir. Xırda şeylərə görə ağlamağa dəyməz.

2. Dahi olmağa çalışın

“Mən çalışıram ki, nə vaxtsa yer üzündə yaşamış dahi insanlara bənzəyim”.
Sıravi həyat tərzi sürmək və ortaq mövqe tutmaq istəyən insanlar heç zaman dahiliyə nail ola bilməyəcək. Dahi olmaq üçün siz dahiliyə can atmalısınız. Siz mütləq böyük miqdarda inşalara kömək etməyə çalışmalısnız. Adi, orta insan olmaq sizin nəyinizə gərəkdir, axı siz görünməmiş dahiliyə müvəffəq ola bilərsiniz? Axı nəyə görə siz bütün insanlar kimi yaşayıb, həyatınızı boş, əhəmiyyətsiz şeylərə sərf edəsiniz, əgər siz özünüzü ələ alıb şöhrət və uğurun ən uca zirvələrini fəth edə bilərsinizsə?

4. Öz dərrakənizin içinə nəzər salın

“Öz beynimdə mən həmişə Hollivud ulduzu olmuşam. Sadəcə mən bunu bilməmişəm”.
Əgər siz onu görə bilmirsinizsə, siz ona sahib də ola bilmirsiniz. Siz nail olmağı arzu etdiyiniz hər şeyi öz şüurunuzda canlı şəkildə görməlisiniz, yalnız bundan sonra o germçəklik ola bilər. Siz öz uğurunuza əmin olmalısınız. Siz təxəyyülünüzüdə öz yeni evinizdə yaşamalı, o yeni avtomobili sürməli və öz heyranedici həyat yoldaşınızı görməlisiniz, bütün bunlar arzularınız reallığa çevrilməmişdən öncə baş verməlidir.

5. Inamınız olsun

“Əgər bu həqiqətən də mənim sadiq qaldığım və ürəkdən istədiyim bir şey olsaydı, düşünürəm ki, heç nə məni Amerika Birləşmiş Ştatlarının prezidenti olmağıma əngəl ola bilməzdi

Siz nəsə baş verməmişdən öncə öz bacarıqlarınıza əmin olmalısınız, inanmalısınız. Əgər siz prezident olmağa layiq olmadığınızı düşünürsünüzsə, siz prezident seçkilərində uğurla iştirak edə bilməzsiniz. Bu istənilən bbir nailiyyətə də aiddir. Siz öz bacarıqlarınıza inanmalı və öz hədəflərinnizə sadiq qalmalısınız, yalnız ondan uğur da sizi tapacaq. Siz öz fan-klubunuzun ilk üzvü olmalısınız.

6. Özünüzdən soruşun, niyə də “yox”?

“Bizlərdən hər birimiz cahildir, amma fərqli bilik sahələrində”

Əksər insanlar digərlərinin bacarıqlarını olduğundan yüksək qiymətləndirir və öz qabiliyyətlərinə lazımınca qiymət vermir. Digər insanlara az qala hörmət heykəli ucaltdığı halda, özünü əhəmiyyətsiz və cılız insan hesab edir. Siz özünüzə belə bir sual verməlisiniz: “Niyə mən olmayım? Niyə indi olmasın?” Məgər kimsə sizdən daha yaxşı ola bilər, məgər kimsə sizdən daha çox layiq ola bilər? Təbii ki, müxtəlif həyat sahələrində bir hər birimiz cahilik, amma elə həyat sahələri var ki, biz orada dahi ola bilərik, bu sərhədsiz yaradıcılıq sahələridir.

7. Qabağa get

“Bütün həya boyu insanlar sizi dəli etməyə çalışacaq, sizə hörmətsiz və pis yanaşacaqlar. Onların işini Allaha tapşırın, qoy buna o, qərar versin, çünki ürəyinizdə nifrət bəsləsəniz, bu nifrət sizi daxildən yeyəcək”

Həmişə bağışlamağa və yolunuza davam etməyə hazır olun, başa düşün ki, sizi tənqid edən insanlar hər kəsdən daha çox sevgiyə ehtiyac duyurlar. Nifrət nifrət doğurur. İnsanlardan neqtiv münasibət görəndə fikir vermədən irəliləməyə davam edin, qəzəb və nifrət hislərinə sizin beyninizə daxil olub, ürəyinizi udmağa imkan verməyin

Uğur artıq sizin əlinizdədir – əsas odur ki, ona nail olmaq üçün qərar verəsiniz!


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.