26 C
Baku
Saturday, July 27, 2024

“Windows” əməliyyat sisteminin yeni versiyası təqdim olunacaq

“Microsoft” korporasiyası “Windows”un yeni versiyasını 24 iyun tarixində təqdim edəcək.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Bildirildiyi kimi, yeni proqram təminatına tərtibatçılar üçün yeni funksiyalar və istifadəçilərlə qarşılıqlı əlaqəni asanlaşdıran yollar əlavə ediləcək.

Bundan əlavə, istifadəçi interfeysində də bəzi əhəmiyyətli dəyişikliklər olacaq. “The Verge”nin verdiyi məlumata görə, şirkətin KİV-ə göndərdiyi dəvətnamələrin üzərində “Windows”un yeni loqosu təsvir edilib.

Xatırladaq ki, daha əvvəl “Microsoft”un baş direktoru Satya Nadella “Windows”un yeni versiyasının “bu on ildə ən əhəmiyyətli dəyişikliklərdən biri” olacağını söyləyib.

“Windows”un son versiyası – “Windows 10” – 2015-ci ilin iyulunda çıxıb. “Microsoft” hər il bu əməliyyat sistemi üçün iki yeniləmə buraxır. Ümumilikdə, əməliyyat sisteminin satışı korporasiyanın gəlirlərinin 14%-ni təşkil edir.

Son xəbərlər
Digər xəbərlər