Banker.az xəbər verir ki, Microsoft şirkəti Windows 10 əməliyyat sisteminə Eye Control funksiyasını əlavə edəcək.
Sözügedən bu funksiya sayəsində dayaq-hərəkət sistemində pozuntulara sahin insanlar öz kompüterlərini baxışları vasitəsilə idarə edə biləcəklər.
İstifadəçilər virtual klaviaturadan istifadə etməklər mətn yaza biləcəklər. Bunun üçün baxışı ilk hərfdə tutub saxlamaq və daha sonradan isə sürətlə baxışları digər lazımi simvollar üzərində gəzdirmək tələb olunacaq.
Sistemin yeni funksiyasından istifadə etmək üçün Tobii şirkətinin hazırladığı Eye Tracker 4C kamerası tələb olunacaq.