31 C
Baku
Wednesday, August 10, 2022

Windows 10 online bankçılıq üçün biometriyanı dəstəkləyəcək

Banker.az saytının verdiyi məlumata görə, Microsoft şirkəti və Britaniyanın Lloyds bankı birlikdə Windows 10 idarəsi altında olan cihazlarda online bankçılıq sisteminə giriş üçün üzün və barmaq izlərinin tanınması texnologiyası üzərində işləyir.

Lloyds, Halifax və Şotlandiya bankı müştərilərə internet bankçılığa daxil olmaq üçün təhlükəsiz olmayan şifrələri unutdurmaq üçün alternativ texnologiyalar axtarışındadır. Məhz bu səbəbdən də, bir qrup Britaniya bankı bu məqsədlə Microsoft Windows Hello identifikasiya sistemindən istifadə etməyə başlamağı planlaşdırır.

Windows Hello istifadəçinin üzünü təsvir olaraq deyil, məlumat qismində yadda saxlayan cihaz və proqram təminatından istifadə edir. Bu şəkildən istifadə edərək sistemi qırmaq ehtimallarının qarşısını alır. Həmçinin, Windows 10 cihazlarında kamera infraqırmızı identifikasiya texnologiyası ilə təmin edilib və bu səbəbdən də, sistem müxtəlif işıqlandırma şərtlərində üzləri tanıya bilər. Məlumatlar lokal olaraq cihazda saxlanılır və istifadəçidən savayı heç kəsə təqdim edilmir.

Lloyd’s — Windows Hello sistemini sınaqdan keçirən ilk Böyük Britaniya bankıdır. Lakin buna baxmayaraq, biometriyanın müxtəlif formalarından istifadə halları geniş yayılmaqdadır.

Son xəbərlər
Oxşar xəbərlər