“Windows 10” sisteminin dəstəklənməsi nə vaxt dayandırılacaq?

“Microsoft” korporasiyası aktual “Windows” əməliyyat sisteminin dəstəklənməsinin başa çatma tarixini açıqlayıb. Bu barədə “Thurrot” nəşri məlumat yayıb.

Nəşrin jurnalistləri şirkətin saytında “Windows 10” sisteminə aid dəstək sənədinə diqqət yetiriblər. Redaktə edilmiş faylda əməliyyat sisteminin peşəkar və ev versiyasının dəstəklənməsinin 14 oktyabr 2025-ci ildə sona yetməsi ilə bağlı informasiya yer alıb. Müəlliflərin sözlərinə görə, bu məlumat “Windows 10” sisteminin dəstəyinin dayandırılmasının 2025-ci ilə nəzərdə tutulmasını təsdiq edir.

Həmçinin belə qənaətə gəlinib ki, əməliyyat sisteminin yeni versiyası “Windows 10” adlanmayacaq. Belə ki, yeni əməliyyat sisteminin “Windows 11”, “Windows Sun Valley” (Günəşli vadi) və ya başqa cür adlanacağı ehtimal olunur.

Bu hadisə ilk dəfədir baş verir, çünki əvvəllər “Microsoft” sistemin yeni nəsli buraxılmazdan əvvəl əməliyyat sisteminin müəyyən versiyalarının dəstəklənmə tarixinin başa çatmasını açıqlamırdı. Qeyd olunan tarix “Microsoft”un əvvəlki əməliyyat sistemlərinə şamil edilən onillik yeniləmə dövrünə uyğundur. “Windows 10” dəstəyinə 29 iyul 2015-ci ildə başlanılıb.

“Windows” sisteminin yeni nəslinin təqdimatı iyunun 24-nə nəzərdə tutulur. Blogerlərin məlumatına görə, əməliyyat sisteminin növbəti versiyası “Windows 11” adlanacaq.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.