9 C
Baku
Wednesday, November 13, 2024

“Windows 10”un yenilənməsi ödənişli olacaq

Artıq bu ilin yayında istifadəçilər köhnəlmiş əməliyyat sistemlərindən yeni “Windows 10” əməliyyat sisteminə keçmək üçün pul ödəməli olacaqlar. 

Məlumatına görə, bu barədə “Microsoft” şirkətinin nümayəndələri xəbərdarlıq ediblər. “Home” versiyasının təxmini qiyməti 119 dollar təşkil edəcək.

“Microsoft” şirkətinin marketinq və strategiya üzrə vitse-prezidenti Yusuf Mehdi bildirib ki, iyulun 29-dan əməliyyat sisteminin 10-cu versiyasının yeniləmək üçün müəyyən ödəniş etmək lazım gələcək.

“Zaman sakit keçir. Bunun üçün də bir daha əmin olmaq istəyirik ki, istifadəçilər iyulun 29-na qədər öz əməliyyat sistemlərini yeniləyə biləcəklər”, deyə Y. Mehdi bildirib.

Qeyd edək ki, hazırda “Windows 10” istifadəçilərinin ümumi sayı 300 milyon nəfərdən artıqdır. Ancaq bununla belə, “Microsoft” rəhbərliyi ümid edir ki, növbəti 2 il ərzində bu auditoriya 1 milyarddan artıq olacaq.

Lent.az

Son xəbərlər
Digər xəbərlər