32 C
Baku
Tuesday, June 18, 2024

Windows 11-ə mühüm funksiya əlavə edilir

Amerikanın “Microsoft” korporasiyası “Windows 11” üçün yeni funksiyanı sınaqdan keçirir, bunun sayəsində istifadəçilər şəkildən mətni kopiyalaya biləcəklər. “Windows Insider” proqramının üzvləri üçün yeni funksiyaya malik əməliyyat sisteminin ilkin versiyası artıq mövcuddur.

Şəkildən mətni kopiyalamaq funksiyası “Qayçı” tətbiqi vasitəsilə mümkün olacaq. Yeni funksiyadan istifadə etmək üçün şəkillə işləyərkən “Mətnlə hərəkətlər” düyməsini sıxmaq lazımdır, bundan sonra onu köçürə, şəkildəki bütün mətni seçə, həmçinin redaktə edə bilərsiniz. Eyni zamanda burada mətni oxunmaz hala gətirən “Mətni gizlət” seçimi də var.

“Windows 11″in önizləmə quruluşunda təqdim edilən digər yeni xüsusiyyət, Android smartfonunda çəkilmiş şəkli birbaşa kompüterinizdə redaktə etmək imkanıdır. Cihazınız kompüterinizlə sinxronlaşdırıldıqdan sonra, “Windows” fotoşəkilinizi redaktə etməyi təklif edən bildiriş göstərəcək.

Son xəbərlər
 ⁠
Digər xəbərlər