10 C
Baku
Saturday, November 23, 2024

“Windows 11″də şəklin ölçüsünü keyfiyyət itkisi olmadan 8 dəfə artırmaq mümkün olacaq

“Microsoft” korporasiyası “Windows 11” əməliyyat sistemində yeniliklərin tətbiqini davam etdirir. Bu dəfə şirkət şəklin ölçüsünü keyfiyyət itkisi olmadan 8 dəfə artıra bilən superkeyfiyyət (superresolution) funksiyasını təqdim edib. Süni intellekt əsasında işləyən bu seçim artıq beta-testerlər üçün əlçatandır.

Bu barədə əməliyyat sisteminin saytında bildirilib.

Superkeyfiyyət fotoşəkillərin keyfiyyətini yaxşılaşdırmaq üçün neyron prosessor və xüsusi alqoritmlər istifadə edir. Hələlik bu funksiya yalnız bu ilin mayında buraxılmış “Qualcomm” çipləri əsasında “Copilot+” kompüterlərində mövcud olacaq. Lakin “Microsoft” gələcəkdə bu seçimin əlçatanlığını genişləndirməyi planlaşdırır.

“Windows 11″də daxili şəkil redaktoru indi sürüşdürücü vasitəsilə yaxşılaşdırılmış şəklin istənilən ölçüsünü seçməyə imkan verir. “Microsoft”un bildirdiyinə görə, superkeyfiyyət xüsusilə köhnə şəkillərin bərpası və aşağı keyfiyyətli şəkillərin plakatlarda çap üçün hazırlanması üçün faydalı olacaq.

Bundan əlavə, bütün “Windows 11” istifadəçiləri daxili “Şəkillər” tətbiqində optik simvol tanıma (OCR) texnologiyasına çıxış əldə edəcəklər. Süni intellekt alqoritmləri şəkillərdəki mətni tanıya və onu gələcək istifadə üçün mübadilə buferinə köçürə biləcək. Qeyd edək ki, “Windows 11″də OCR dünyanın 160-dan çox dilini dəstəkləyir.

MənbəOXU.AZ
Son xəbərlər
Digər xəbərlər