19 C
Baku
Friday, May 3, 2024

Winston Churchill-dən “iynəli” müdriklik

Winston Churchill-i öz vətənində “Tarixin ən dahi britaniyalısı” adlandırırlar. O bütün dünyada hiyləgər və rəqiblərini sərt dili ilə susdurmağı bacaran fərasətli siyasətçi kimi məşhurdur.

Aşağıda məşhur baş nazirin ən “iynəli” sitatlarını təqdim edirik:

  • Bir milləti idarə etmək, 4 övlada tərbiyə verməkdən asandır.
  • Gənc olarkən nahara qədər bir damcı belə olsun spirtli içki qəbul etməmək qaydasına əməl edirdim. İndi, artıq yaşlı olduğum bir vaxtda səhər yeməyinə qədər bir damcı belə olsun spirtli içki içməmək qaydasına əməl edirəm.
  • Daim bu qaydaya riayət etdim: dayana bilirsənsə qaçma; otura bilirsənsə ayaqda dayanma; uzana bilirsənsə oturma.
  • Demokratiya – hakimiyyətin ən pis növüdür. Təbii ki, bütün digərlərini saymasaq.
  • Siyasətçi sabah, bir həftədən sonra, bir aydan və bir ildən sonra nə baş verəcəyini əvvəlcədən deməyi bacarmalı, sonradan isə bunların nəyə görə baş verdiyini izah etməlidir.
  • Mənim ölkəmdə hökumət rəhbərləri dövlət qulluqçusu olmaqları ilə qürur duyurlar; onun sahibi olmaq isə yəqin, utanc hesab edilir…
  • Diplomat – heç nə deməmək üçün iki dəfə düşünən insandır.
  • Tarixi qaliblər yazar.
  • Artıq çoxdandır ki, insanların hər şeydə məni günahlandırmağa cəhd etdiklərinin fərqinə varmışam. Onların günah hissinin məni şərəfləndirdiyini düşünmələri gün kimi aydındır.
  • Məktəb müəllimləri baş-nazirin yalnızca xəyalını qura biləcəyi hakimiyyətə sahibdirlər.
  • Pul qənaət etmək faydalı məşğuliyyətdir, xüsusən də valideynləriniz artıq bunu edibsə.
  • İnsanlar bilmədikləri sirləri daha yaxşı saxlayırlar.

Son xəbərlər
 ⁠
Digər xəbərlər