26 C
Baku
Monday, June 27, 2022

Winston Churchill-in “iynəli” sitatları

Winston Churchill-i vətənində “Tarixin ən görkəmli britaniyalısı” adlandırırlar. Bütün dünyada isə o hiyləgər və rəqiblərini öz kəskin ifadələri ilə pərt edən bir siyasətçi kimi tanınırdı. Belə görünür ki, o hər səhər kostyumu ilə yanaşı inadkarlıq və diliacılıq libasını da geyirdi.

Banker.az saytı olaraq XX əsrin tanınmış şəxsiyyətlərindən birinin müdrik və eyni zamanda “iynəli” sitatlarını təqdim edirik.

 

Özünütənqid hanqqında:

  • Bir milləti idarə etmək, 4 uşağa tərbiyə verməkdən daha asandır.
  • Gənc olarkən özüm üçün belə bir qayda təyin etmişdim ki, nahara qədər bir damcı belə olsun spirtli içki içməyəcəm. İndi artıq cavan deyiləm və səhər yeməyinə qədər bir damcı belə olsun spirtli içki içməyəcəm qaydasına əməl edirəm.
  • Hər zaman bu qaydaya uydum: dayana bilirsənsə qaçma, otura bilirsənsə ayaq üstə dayanma, uzana bilirsənsə oturma.
  • Mənim tək istədiyim – konstruktiv müzakirədən sonra mənim arzularımla razılıq idi.

 

Siyasət haqqında:

  • Demokratiya – idarəçiliyin ən pis formasıdır. Əgər digələrini nəzərə almasaq…
  • Siyasətçi sabah, bir həftə, bir ay və bir ildən sonra nə baş verəcəyini təxmin etməyi, daha sonradan isə bunun nəyə görə baş vermədiyinizi izah etməyi bacarmalıdır.
  • Mənim ölkəmdə hakimiyyət nümayəndələri dövlətin qulu olduqlarına görə fəxr edirlər. Onun sahibi olmaq isə ayıb sayılardı…
  • Diplomat – heç nə demədən öncə iki dəfə düşünən insandır.
  • Başqa bir ölkədə səfərdə olarkən heç vaxt öz ölkəmi tənqid etmirəm, lakin vətənə geri döndükdə bunun əvəzini iki qat edirəm.
  • Tarixi qaliblər yazar.

 

İnsanlar haqqında:

  •  Artıq uzun müddətdir belə bir halın şahidiyəm ki, hər kəs hər şeydə məni günahlandırmağa can atır. Aydın məsələdir. Onlar belə düşünür ki, günahkarlıq hissi məni bəzəyir.
  • Məktəb müəllimləri baş-nazirlərin həsəd aparacağı dərəcədə hökmranlığa sahibdirlər.
  • Əgər həqiqət çox tərəflidirsə, yalan çox səslidir.
  • Pul yığmaq faydalı məşğuliyyətdir, xüsusilə də əgər valideynləriniz artıq bunu edibsə.
  • Hər zaman öyrənməyə hazıram, lakin heç də həmişə məni öyrətməklərini sevirəm.
    • Yer üzündə çoxlu sayda yalan inanclar mövcuddur. Onlardan ən qorxulusu isə odur ki, onlardan yarısı saf həqiqətdir.
    •  Donuzları sevirəm. İtlər sizə aşağıdan yuxarı, pişiklər yuxarıdan aşağı baxır. Donuzlar isə bizə eyni bərabərdə baxır.
    • İnsanlar bilmədikləri sirləri çox yaxşı saxlayırlar.

Optimizm haqqında:

  • Pessimist hər imkanda bir çətinlik, optimist isə hər çətinlikdə bir imkan görər.
  • Təkmilləşmək – dəyişmək deməkdir, təkmil olmaq isə – tez-tez dəyişməkdir.
  • Ağıllı insan bütün səhvləri özü etmir, başqalarına da şans verir.
  • Prinsiplər haqqında uzun-uzadı danışmaq, onları həyata keçirməkdən hər zaman asandır.
  • Uğur – entuziazm hissini itirmədən uğursuzluqdan uğursuzluğa getməkdir.
  • Böyük işlərdən əldə etdiyim təcrübəyə əsasən deyə bilərəm ki, bütün işləri dərhal olaraq və eyni anda həll etməyə çalışmaq adətən daha böyük səhv ilə nəticələnir.
  • Hər hürən itə daş atmağa görə dayansanız, heç vaxt mənzil başına çatmayacaqsınız.
  • Mən optimistəm. Bundan başqa bir cəhətə sahib olmaqda heç bir xüsusi fayda görmürəm.

 

 

 

Son xəbərlər
Oxşar xəbərlər