32 C
Baku
Tuesday, July 16, 2024

Winston Churchill-in müdrik və dərin mənalı sitatları

1 Cəhənnəmdən keçirsinizsə gedin, dayanmayın.

2 Düşmənin var? Yaxşıdır. Bu o deməkdir ki, həyatında nə vaxtsa nəyisə müdafiə etmisən.

3 İstənilən böhran yeni imkanlardır.
4 Ağıllı insan bütün səhvləri özü etmir, digərlərinə də şans verir.
5 Demokratiyaya qarşı ən yaxşı arqument – orta statistik seçici ilə beş dəqiqəlik söhbətdir..
6 Uğur – entuziazm hissini itirmədən bir uğursuzluqdan digərinə addımlamaqdır.
7 Şahin külək istiqamətində deyil, küləyə əks uçduqda yüksəyə qalxar.
8 Axmaq insan öz fikrini heç vaxt dəyişməyən şəxsdir.
9 Kapitalizmin anadangəlmə qüsurü – sərvətin qeyri-bərabər paylanması; sosializmin anadangəlmə üstünlüyü – yoxsulluğun bərabər paylanmasıdır.

10 Qartallar susanda, tutuquşular çənə döyər.
11 Hakimiyyət narkotik kimidir. Onu bir dəfə dadan ömürlük zəhərlənər.
12 Hər bir insan öz həyatı boyunca özünün “ən böyük şansı” ilə toqquşur. Təəssüflər olsun ki, əksəriyyətimiz ayağa qalxır, üstünü təmizləyir və heç nə olmamış kimi yoluna davam edir.

13 Özünüzə sağlamlıq və zənginlik deyil, yaxşı bəxt arzulayın. Titanikdə də hər kəs varlı və sağlam idi, lakin az insanın əxti gətirdi!

14 Həqiqət şalvarını geyənə qədər yalan düz dünyanı dolanar.
15 Siyasət də müharibə kimi həyəcanlı və təhlükəlidir. Müharibədə bizi bir, siyasətdə isə dəfələrlə öldürə bilərlər.

16 Mənim zövqüm sadədir. Ən yaxşı ilə tez məmnun oluram.
17 Mübahisə zamanı son sözün məhz sizinki olmasını istəyirsiniz? Rəqibinizə “Neynək, Siz haqlısınız” deyin.

18 Kifayət qədər erkən yaşında dərs çıxarmalı səhvlər edən daha çox üstünlük qazanır.

19 İnsanlar bilmədikləri sirləri çox yaxşı saxlayır.
20 Donuzları sevirəm. İtlər sizə altdan yuxarı, pişiklər isə yuxarıdan aşağı baxar. Və yalnız donuzlar bizə bərabər səviyyədə baxır.
21 Müharibə – digər insanların maraqları uğrunda tamamilə günahsız insanların həlak olmasıdır.  
22 Həyatın ən böyük dərsi ondan ibarətdir ki, axmaqlar da bəzən haqlı çıxır.
23 İnsanı pul ilə ələ almaq onu öldürməkdən yaxşıdır. Pul ilə satınalınmaq da öldürülməkdən yaxşıdır.
24 Bir xalqı idarə etmək dörd uşağı tərbiyə etməkdən asandır.
25 Böyük hadisələr və kiçik insanlar dövründə yaşayırıq.
26 Amerikalılar həmişə yeganə düzgün cavabı tapırlar… Bütün digər variantları yoxladıqdan sonra…

27 Münasibəti korlamağın ən yaxşı yolu onu aydınlaşdırmağa başlamaqdır.

28 Parlamentin məqsədi – yumruq davalarını söz davası ilə əvəz etməkdir.

29 İki nəfər dava edəndə üçüncü qalib gələr.

30 Qatili öldürməklə qatil sayı dəyişməyəcək.

31 Pessimist hər imkanda çətinlik, optimist isə hər çətinlikdə bir imkan görər.

32 Yolunuzun üzərində hürən hər itə daş atmaqla təyinat nöqtənizə çata bilməyəcəksiniz.

33 Keçmişini unudan xalq, öz gələcəyini sərf edib.

34 Hətta ən göz qamaşdırıcı işıq belə kölgəsiz olmur.

35 Mən optimistəm. Başqa nəsə olmaqda xüsusi fayda görmürəm.

Son xəbərlər
Digər xəbərlər