36 C
Baku
Tuesday, August 16, 2022

“Winter Park Hotel” maliyyə departamentinə iki işçi axtarır

Vəzifə 1: Vergilər üzrə Mühasib

• Qanunvericiliyə uyğun olaraq müvafiq məlumat və hesabatların tənzimləyici və dövlət orqanlarına təqdim olunması (Maliyyə Bazarlarına Nəzarət Palatası,  Vergilər Nazirliyi və s)
• Vergi uçot işinin təşkili və optimallaşdırılması
• Maliyyə və vergi üzrə uçotun müqayisəli şəkildə açıqlanması
• Vergilər üzrə şəxsi hesab vərəqəsinə vergi orqanı tərəfindən işlənilmiş məlumatların (vəsait) hotel tərəfindən ödənilən vəsaitlərlə uyğunluğunun yoxlanılması, mümkün uyğunsuzluğun aradan qaldırılması
• Hotel tərəfindən vergilərin qanunvericiliyə uyğun olaraq hesablanaraq vaxtında ödənilməsinə nəzarət olunması
• Əsas vəsaitlərin və qeyri-maddi aktivlərin vergi uçotu üzrə reyestrindəki məlumatların  (köhnəlmə, təqdim olunma və ya silinmə, təmir norması və s.) vergi məcəlləsində bu uçota aid maddələrin tələbinə uyğun yoxlanılması və düzgünlüyünün təmin edilməsi
• Digər fondlara (DSMF) əmək haqqı üzrə tutulmaların yoxlanılması və düzgünlüyünü təmin edilməsi
• İlin yekunu üzrə  hazırlanmış Maliyyə hesabatlarının yoxlanılması və lazımı düzəlişlərin edilməsi və s.

Tələblər

• Ali təhsil (maliyyə/iqtisadiyyat və ya BBA/MBA)
• Hotel sahəsində mühasib vəzifəsində 3 il iş təcrübəsi
• MS Office proqramları ilə işləmə bacarığı
• Yüksək təhlil qabiliyyəti
• Təzyiq altında işləmə bacarığı
• Vergi və Əmək qanunvericiliyi haqqında biliklər
• Netsis, BTP, B1, B3, MS Office(word, excel) proqram təminatları ilə işləmə bacarığı;
Otel sektorunda iş təcrübəsi mütləqdir.


Vəzifə 2: Sadələşdirilmiş vergi ödəyiciləri üzrə Mühasib

• Sadələşmiş vergi ödəyicilərinin vergi hesabatlarının hazırlanması və təqdim edilməsi
• Sadələşdirilmiş vergi ödəyicilərinin müqavilələrinin hazırlanması
• Sadələşdirilmiş vergi ödəyicilərinin DSMF hesabatlarının hazırlanması və təqdim edilməsi
• Vergilərinin və rüsumlarının vaxtlı-vaxtında hesablanıb köçürülməsi
• Sadələşdirilmiş vergi ödəyicilərinin bank hesablarının təqib edilməsi və idarə edilməsi
• Sadələşdirilmiş vergi ödəyicilərinin xidmətlərinin təhvil-təsliminin təqib edilməsi və müvafiq sənədlərin hazırlanması

Tələblər:

• Ali təhsil (maliyyə/iqtisadiyyat və ya BBA/MBA)
• Hotel sahəsində Mühasib vəzifəsində 3 il iş təcrübəsi
• MS Office proqramları ilə işləmə bacarığı
• Yüksək təhlil qabiliyyəti
• Vergi və əmək qanunvericiliyi haqqında biliklər
• Sadələşdirilmiş vergi ödəyiciləri ilə iş üzrə təcrübə
• Netsis, BTP, B1, B3, MS Office(word, excel) proqram təminatları ilə işləmə bacarığı;

Otel sektorunda iş təcrübəsi mütləqdir.

Maraqlanan namizədlərdən öz cv’lərini [email protected]parkhotel.net ünvanına göndərməkləri xahiş olunur.
“Subject” hissədə müvafiq vakansiyanın adını yazmayan namizədlərin müraciətlərinə baxılmayacaq.

Son xəbərlər
Oxşar xəbərlər