Macarıstanın “Wizz Air” aviaşirkəti bu ilin may ayında Qazaxıstan və BƏƏ arasında müntəzəm uçuşlara başlayacaq.
Bu barədə Qazaxıstanın Sənaye və İnfrastruktur İnkişafı Nazirliyinin Mülki Aviasiya Komitəsinin mətbuat xidməti məlumat verib.
“Wizz Air” aviaşirkəti 2021-ci il may ayının ortalarından etibarən Abu Dabi, Nur-Sultan və Almatı şəhərləri arasında müntəzəm uçuşlara başlayacaq və həftədə iki dəfə “Airbus A321” təyyarəsi ilə uçuş həyata keçiriləcək.
Birtərəfli bileti 43 ABŞ dollarına əldə etmək mümkündür, biletlərin satışı ilə bağlı məlumat artıq şirkətin saytında yerləşdirilib.