Macarıstanın “Wizz Air” aviaşirkəti “Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) 2016-cı ilin mart ayından Azərbaycanda uçuşları bərpa etmək niyyətində olduğunu bildirib.
Bu barədə Trend-ə QSC-nin mətbuat xidmətindən məlumat verilib.
Məlumatda bildirilir ki, bununla bağlı yaxın zamanlarda tərəflərin görüşüb danışıqlar aparması gözlənilir:
“Azərbaycan tərəfindən 2016-ci ilin mart ayından aviareyslərin həyata keçirilməsinə razılıq verilib. Azərbaycan tərəfi “Wizz Air” şirkətinə 2015-ci ilin yay və qış mövsümü ərzində uçuşların həyata keçirilməsi barədə bir neçə müraciət edib, lakin cavab almayıb”.