24 C
Baku
Sunday, August 14, 2022

“Wizz Air” öz həmkarlarını biznes-klaslardan imtina etməyə çağırıb

Macarıstanın “Wizz Air” aviaşirkəti öz həmkarlarını uçuş müddəti beş saatdan az olan bütün reyslərdə biznes-klaslardan imtina etməyə çağırıb.

“Wizz Air” aviaşirkətinin müraciətində qısa reyslərdə biznes-klası prinsip etibarilə qadağan etmək lazım olması vurğulanır.

Şirkətdə əmindirlər ki, biznes-klaslar ekonom-klaslarla müqayisədə ekologiyaya iki dəfə artıq ziyan vururlar. Macarıstan aviaşirkəti hesab edir ki, uçuş müddəti beş saatdan az olan reyslərdə biznes-klasla uçuş həm bədxərclik, həm də planetin gələcəyi üçün təhlükə mənbəyidir.

©Azərtac

Son xəbərlər
Oxşar xəbərlər