“Wizz Air UK” aviaşirkəti avqustun 19-dan etibarən London – Sankt-Peterburq marşrutu üzrə mütəmadi marşrutu bərpa etmək niyyətindədir.
Aviaşirkətin rəsmi saytına istinadən xəbər verilir ki, Böyük Britaniyanın paytaxtındakı “Luton” hava limanına uçuşların həftədə 4 dəfə gerçəkləşdiriləcəyi gözlənilir.
Qeyd edək ki, şirkət avqustun 1-dən etibarən Rusiya ilə hava əlaqəsini bərpa edib.