Amerikanın qida çatdırılması xidməti “DoorDash” yeni bazarlarda oyunçuları almağa davam edir.
Banker.az xəbər verir ki, şirkət “Wolt”u 8.1 milyard dollara alır.
“Wolt” – Finlandiyanın 2014-cü ildə qurulan qida çatdırılması xidmətidir. Hazırda şirkət 23 ölkənin bir neçə yüz şəhərində fəaliyyət göstərir. Onun təxminən 4 min işçisi var.
Müqavilənin dəyəri 7 milyard avro və ya 8.1 milyard dollar olaraq qiymətləndirilir. Onun 2022-ci ilin əvvəlində başa çatması planlaşdırılır.
Xatırladaq ki, bundan əvvəl “Wolt” 850 milyon dollar investisiya cəlb edib ki, bunun da 530 milyon dolları 2021-ci ilin son raundunun payına düşür.
“DoorDash” üçün bu müqavilə yeni bazarlara çıxmaq və öz mövqeyini möhkəmləndirmək üçün bir yoldur. Şirkət zərərdə olmasına baxmayaraq, pandemiyanın benefisiarına çevrilib. Onun kapitallaşması 65 milyard dolları keçir.