9 C
Baku
Monday, November 18, 2024

“Wolt” Azərbaycanda şirkət yaratdı

Finlandıyanın qida çatdırılması platforması ilə tanınan texnologiya şirkəti “Wolt” Azərbaycanda şirkət təsis edib.

Bu barədə Banker.az-ın əldə etdiyi məlumatda qeyd edilir.

Bu, “Volt Services Azərbaycan” Məhdud Məsuliyyətli Cəmiyyətidir (VÖEN: 1307610561).

“Volt Services Azərbaycan” MMC Bakı şəhəri Yasamal rayonu, İzmir ev.8, “Hyatt Tower” 2, 4-cü mərtəbəsində dövlət qeydiyyatına alınıb və nizamnamə kapitalı 50 000 avro təşkil edir.

Şirkətin qanuni təmsilçisi Gürcüstan vətəndaşı olan Marganıa Sergo-dur.

Wolt, 2014-cü ildə Sluş Miki Kuusinin tərəfindən qurulmuşdur. Mənzil qərargahı Helsinki şəhərində yerləşir. Bloomberg istinadən bildirilir ki, 2018-ci ilin yanvar ayında Wolt 30 milyon dollar maliyyə vəsaiti toplayıb. Bu 2019-cu ildə 70 milyon dollara yaxın olmuşdur.

2019-cu ilin sentyabr ayına qədər Wolt 18 ölkədə və 60-dan çox şəhərdə, o cümlədən Tampere, Turku, Tallin, Stokholm, Vilnüs, Kopenhagen, Oslo, Praqa, Brno, Belqrad, Bakı, Tbilisi, Afina və Təl-Əvivdə fəaliyyət göstərir. Wolt 6000-dən çox restoran tərəfdaşı, 12 000 kuryer ortağı və 3 milyon qeydiyyatdan keçmiş istifadəçiyə sahibdir.

Son xəbərlər
Digər xəbərlər