10 C
Baku
Çərşənbə axşamı, Oktyabr 26, 2021

“Wood Mackenzie”: 2030-cu ilədək neftin qiyməti 40 dollara enəcək

Dünya ölkələri qlobal istiləşmə ilə mübarizə məqsədilə yanacaq istehlakını azaltsalar, neft qiymətləri 2030-cu ilədək təxminən 40 dollara düşə bilər.

Bu proqnoz “Wood Mackenzie” enerji konsaltinq şirkətinin hesabatında verilib.

Şirkət qeyd edir ki, dünya ölkələrinin istixana qazları ilə mübarizə üçün nəqliyyatı və sənayeni elektrikləşdirməsi halında neft istehlakı 2023-cü ildən kəskin şəkildə enməyə başlayacaq.

Tələbatın azalması sutkada 2 milyon barelə qədər sürətlənəcək və 2050-ci ilədək sutkada 35 milyon barelə çatacaq. Bu, neft karbon tullantılarını bugünkü göstərici ilə müqayisədə 60 faiz azaldacaq.

Nəticədə cari onilliyin sonunda neft qiymətləri enməyə başlayacaq.

Hesabatda həmçinin deyilir ki, təbii qaz ən az çirkləndirici yanacaqdır və sürətlə böyüyən Asiya ölkələrində elektrik enerjisi istehsalı üçün kömür əvəzinə qazdan istifadə edilməsi daha yaxşı nəticə verəcək.

Mənbə:Report
Son xəbərlər
Oxşar xəbərlər