“Wood Mackenzie”: Neftayırma sahəsi zərərlə işləyəcək

Neft
Dünya neftayırma sektoru qiymətlərin aşağı olması və istehsalat güclərinin struktur bolluğu üzündən yaxın gələcəkdə böyük çətinliklərlə üzləşəcək.

“Oilexp” nəşri xəbər verir ki, bu barədə ABŞ-ın “Wood MacKenzie” məsləhətçi mərkəzinin hesabatında bildirilir.

Sənəddə deyilir ki, dünyada neftayırma qiymətləri ötən ilin eyni dövrünə nisbətən daha yüksək olsa da, son 5 ilin orta səviyyəsindən yenə də xeyli azdır.

Bu il neftayırma sahəsinin maliyyə vəziyyəti daha çox Çin və ABŞ-da benzinə tələbatın artması ilə bir qədər yaxşılaşıb. Bununla belə təyyarə yanacağına tələbatın hələ də az olması üzündən neftayırma müəssisələrində həmin yanacaq dizel yanacağı ilə qarışdırılır, nəticədə qiymətlər azalır.

“Bu il qlobal məcmu qiymətlər orta hesabla 1,8 dollar/bareldir, halbuki son 5 ilin orta səviyyəsi 4,25 dollar/bareldir. Yaxın Şərqdə və Asiyada yeni neftayırma müəssisələrinin açılması ilə gələn il qiymətlərin bərpasını gözləmirik” – deyə “WoodMac”ın vise-prezidenti Alan Gelder bildirib.

Həmçinin istehsalat sahələrinin bolluğu nəticəsində qlobal mənfəətliliyin ötən ilin iknci rübündəki 68%-ə qarşı bu il 75%-dən bir qədər çox olacağı güman edilir. Bundan sonra təkmilləşdirmə tədbirləri görülməsə, dünya neftayırma sektorunun 80%-lik doluluq səviyyəsinə qayıtmasının müəmmalı olduğu qeyd olunub.

Bəzi müəssisələrin sərt rəqabət və uzunmüddətli perspektivdə tələbatın azalması gözləntiləri üzündən artıq gəlir gətirmədiyi bildirilir. Məsələn, “ExxonMobil” və “BP” Avstraliyadakı bəzi neftatyırma müəssislərini bağladıqlarını açıqlayıb. Avropada isə gündəlik 1,4 milyon barel emal gücünə malik neftayırma müəssisələri 2023-ci ilə qədər bağlanmaq təhlükəsi ilə üz-üzədir.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.