27 C
Baku
Saturday, July 27, 2024

“WordPress” komanda daxilində kommunikasiya üçün P2 xidmətini yaradıb

“Automattic” şirkətinə məxsus olan “WordPress” (saytların idarəetmə sistemi) daxili kommunikasiya üçün P2 adlı yeni bir məhsul təqdim edib.

Banker.az xəbər verir ki, bu barədə “TechCrunch” məlumat verib. Qeyd edildiyi kimi, daha əvvəl şirkət bu xidmətdən distant işləyən işçilərlə kommunikasiya yaratmaq məqsədi ilə istifadə edib.

P2 mesaj mübadiləsini həyata keçirməyə və faylları saxlamağa imkan verir. Bu xidmət “WordPress”in əsasında qurulub və “Slack” ilə rəqabət etməyəcək.

Məsələn, P2-də real vaxt rejimində mesajlaşmaq mümkün deyil, lakin vacib elanlar münbadiləsi üçün istifadə etmək məqbuldur.
Xidmət özündə PDF formatlı sənədlərin əlavə edilməsi və vacib mesajların ana səhifənin yuxarı hissəsində yerləşdirilməsi kimi vacib funksiyaları birləşdirir. Bundan əlavə, mesajlara, şərhlərə və qeydlərə baxmaq üçün xüsusi menyu yaradılıb.

P2 komandalar üçün fərdi məhsul yaratmağa imkan verir və “Facebook”un Workplace və ya Yammer xidməti ilə rəqabət aparır, “TechCrunch” yazır.

Üstəlik, istifadəçilər “WordPress”də yeni postlar yarada, köhnələrini redakdə edə və P2-dən çıxmadan şərh yaza biləcəklər. Həmişə aktual olacaq paylaşımlar üçün tarixsiz sənədlər yaratmaq mümkün olacaq.

“WordPress” P2 xidmətini pulsuz olaraq təqdim edir və gələcəkdə əlavə funksiyalardan yararlanmaq istəyən istifadəçilər üçün abunə yaratmağı planlaşdırır.

Son xəbərlər
Digər xəbərlər