13 C
Baku
Sunday, November 24, 2024

Worldcard və digər kredit borclarınızı artıq Hesab.az portalı vasitəsilə ödəyin!

Artıq Yapı Kredi Bank Azərbaycan müştəriləri  kredit borclarını filiallara üz tutmadan, sıra gözləmədən daha rahat  şəkildə ödəyə biləcəklər. Hər zaman sərhədsiz bankçılıq xidməti göstərən Yapı Kredi Bank Azərbaycan və ölkənin ən böyük onlayn xidmətlər portalı olan Hesab.az ilə birlikdə müştəriləri üçün daha asan ola biləcək bir xidmət təqdim edir. Beləliklə, bundan sonra Worldcard və bankın digər bütün növ borclarını hesab.az vasitəsilə ödəmək mümkündür.

Worldcard borcunu ödəyən müştərilər kart nömrəsini və şəxsiyyət vəsiqəsinin pin kodunu, kredit borcunu ödəyən müştərilər isə kreditin hesab nömrəsini və şəxsiyyət vəsiqəsinin pin kodunu daxil etməlidirlər. Ödənişlər yalnız AZN olaraq qəbul olunur, ödəniş zamanı heç bir komissiya tutulmayacaq.

Daha ətraflı məlumat almaq üçün  24 saat fəaliyyət göstərən *0444 Yapı Kredi Bank Azərbaycan Telefon Mərkəzinə müraciət edə bilərsiniz.

Son xəbərlər
Digər xəbərlər