26 C
Baku
Saturday, July 27, 2024

WP: Mərkəzi Kəşfiyyat İdarəsi yarım əsr ərzində 120-dən çox ölkənin gizli yazışmalarını izləyib

Mərkəzi Kəşfiyyat İdarəsi şifrləmə avadanlıqlarından istifadə edərək yarım əsr ərzində dünyanın 120-dən çox ölkəsinin gizli yazışmalarını izləyib.

Banker.az xəbər verir ki, bu haqda Almaniyanın “ZDF” kanalı və “The Washington Post” məlumat verib.

Nəşrin verdiyi məlumata görə, şifrləmə avadanlıqlarını istehsal edən “Crypto AG” dən İran, Hindistan, Pakistan və Vatikan avadanlıq alıb. Qeyd edildiyi kimi, bu ölkələr sırasında SSSR və Çin olmayıb.

“Xarici hökumətlər gizli məlumatların ələ keçirilməsi ehtimalını azaltmaq üçün ABŞ və Almaniyaya pul verib”, – Mərkəzi Kəşfiyyat İdarəsinin hesabatında deyilir.

“The Washington Post” bunu “Əsrin kəşfiyyat uğuru” adlandırır.

Son xəbərlər
Digər xəbərlər