WP: Pentaqon İrana qarşı müharibə üçün 200 mlrd. dollardan çox vəsait istəyib

Pentaqon İrana qarşı hərbi əməliyyatın maliyyələşdirilməsi üçün 200 milyard dollardan çox məbləğdə vəsait ayrılması ilə bağlı Ağ Evə sorğu göndərib. Sorğunun Konqresə təqdim olunması planlaşdırılır. Bu barədə “The Washington Post” yüksək vəzifəli ABŞ administrasiyası nümayəndəsinə istinadən yazır.

Nəşr qeyd edir ki, münaqişəyə qarşı çıxan qanunvericilər belə “nəhəng məbləği” təsdiqləməyə bilər.

Digər üç mənbə bildirib ki, tələb olunan məbləğ “administrasiyanın bu günə qədər həyata keçirdiyi genişmiqyaslı hava zərbələri kampaniyasının xərclərini xeyli üstələyəcək”. Bunun əvəzinə, son üç həftə ərzində istifadə olunmuş kritik silahların istehsalının təcili şəkildə artırılması nəzərdə tutulur.

Martın 8-də Pentaqon rəsmi şəkildə Konqresə məlumat verib ki, İrana qarşı hərbi kampaniyanın ilk həftəsində ABŞ-nin xərcləri artıq 6 milyard dollara çatıb. Təxminən 4 milyard dollar sursat və İran raketlərinin məhv edilməsi üçün istifadə olunan interceptorlara sərf olunub.

ABŞ vətəndaşlarının əhəmiyyətli hissəsi İrana hücumu dəstəkləmir. “Real Clear Politics” (RCP) tərəfindən martın 16-da dərc olunan sorğuların nəticələrinə görə, respondentlərin 48,8%-i bu mövqeni bölüşür. Əks mövqeni — bombardmanları dəstəkləyənlər isə 44,1% təşkil edir.

Martın 17-də Milli Antiterror Mərkəzinin direktoru Co Kent istefa verdiyini açıqlayıb. Onun fikrincə, İran ABŞ üçün birbaşa təhlükə yaratmırdı və ölkə müharibəyə İsrail tərəfindən cəlb olunub.

Son xəbərlər
Digər xəbərlər