ABŞ Beynəlxalq Valyuta Fonduna (BVF) İrana koronavirusla mübarizə üçün 5 milyard dollarlıq kreditin verməsinə mane olmaq niyyətindədir.
Banker.az xəbər verir ki, bu haqda ABŞ prezidentinin administrasiyasındakı mənbələrə istinadən “Wall Street Journal” məlumat yayıb.
Onun fikrincə, İran hökumətinin virusun yayılması ilə mübarizə üçün kifayət qədər vəsaiti var. Əgər BVF Tehrana yardım etsə, İran bu pulu virusla mübarizəyə deyil, ABŞ-ın sanksiyalarından zərər görmüş sahələrin bərpasına yönləndirəcək.
“The Wall Street Journal” qeyd edir ki, Vaşinqton BVF-nun ən böyük səhmdarıdır və qərarların qəbul edilməsi prosesinə ABŞ təsir göstərəcək.