Qeyd edildiyi kimi, ABŞ-ın “Texland Petrolium” şirkəti neftə olan tələbatın azalması səbəbindən bütün quyularda istehsalı tamamilə dayandırıb, “Continental Resources” istehsalı 30% azaldıb, “Parsley Energy” isə 150 quyuda işini dondurub.
Banker.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat verib.
“Əvəllər bunu heç vaxt etməmişik. Həmişə nefti ucuz qiymətə olsa da sata bilirdik”, – deyə “Texland” şirkətinin prezidenti Cim Uilkes qeyd edir. Şirkət 73 işçiyə maaş verə bilmədiyinə görə dövlətdən yardım istəyib.
Xatırladaq ki, martın ortalarında “Exxon Mobil” və “Royal Dutch Shell” neft hasilatını 50 milyard dollar azaltdıqlarını açıqlayıblar. “Baker Hughes Co.” nun verdiyi məlumata görə, ABŞ-da neft quyularının qazılmasında istifadə olunan avadanlıqların sayı son bir ayda 800-dən 600-ə qədər azalıb.
Dünya bazarında neft qiymətlərinin düşməsinin əsas səbəbi OPEC+ müqaviləsinin pozulması olmuşdur. Müqavilə iştirakçıları 12 apreldə keçirilən görüşdə neft hasilatını gündə 9,7 milyon barel azaltmaq barədə ortaq razılığa gələ biliblər.