26 C
Baku
Saturday, July 27, 2024

WSJ: ABŞ-nin ən yüksək əməkhaqqı alan CEO-ları açıqlanıb

“The Wall Street Journal” 2023-cü ilin nəticələrinə əsasən ən yüksək mükafat (ümumi əmək haqqı, bonuslar, opsionlar və s.) alan Amerikanın ən böyük ictimai şirkətlərinin baş direktorlarının siyahısını hazırlayıb. Məlum olub ki, ötən ilin sonunda bu şirkətlərdə baş direktorların orta əmək haqqı 15.7 milyon dollar təşkil edib ki, bu da bir il əvvəlkindən 8.2% çoxdur.

2023-cü ildə alınan mükafatın məbləğinə görə birinci yerdə 162 milyon dollarla “Broadcom” yüksək texnologiyalı korporasiyaya rəhbərlik edən Çin əsilli top-menecer Hok Tandır. O, 2006-cı ildən bu vəzifədədir, şirkət bir neçə dəfə Tanın müqaviləsini uzadıb, çünki onun rəhbərliyi altında şirkət öz məqsədlərinə nail olub.

İkinci yerdə 151 milyon dollarla “Palo Alto Networks” kibertəhlükəsizlik şirkətinə rəhbərlik edən hind əsilli icraçı Nikeş Arora qərarlaşıb. Üçüncü yerdə 120 milyon dollarla “Blackstone” investisiya fondunun rəhbəri Stiven Şvarsman dayanır. “Charter Communications”ın rəhbəri Kristofer Uinfri isə 89 milyon dollarla dördüncü yerdədir. İlk beşliyi 66 milyon dollarla kredit skorinqi xidmətləri göstərən FICO (Fair Isaac Corporation) şirkətinin rəhbəri Uilyam Lansinq tamamlayır.

WSJ qeyd edir ki, 2023-cü ilin sonunda ən çox “Nvidia”nın baş direktoru Censen Huan (+215%, 34 milyon dollar), “Meta”nın rəhbəri Mark Zukerberq (+194%, 24.5 milyon dollar) və “Royal Caribbean Group” kruiz şirkətinin baş direktoru Ceyson Libertinin (+162%, 15 milyon dollar) mükafatı artıb.

Son xəbərlər
Digər xəbərlər